q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

"Sizin dostunuz olmaq şərəfdir" - Tramp

DÜNYA

14 May 2026 | 09:37

Sizin dostunuz olmaq şərəfdir - Tramp

Pekində Çin prezidenti Si Cinpinlə görüşən ABŞ prezidenti Donald Tramp iki ölkə arasındakı münasibətlərdən danışıb. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Çin və Amerika arasında qarşıda parlaq gələcəyinin olduğunu ifadə edib. 

"Sizinlə birlikdə olmaq şərəfdir. Sizin dostunuz olmaq şərəfdir", - deyə Amerika lideri Cinpinə deyib. 

O əlavə edib ki, Vaşinqtonla münasibətlər əvvəlkindən daha yaxşı olacaq.

Trampın Çinə dövlət səfəri 13 mayda başlayıb. Tanınmış iş adamları Amerika lideri ilə birlikdə Çin tərəfi ilə gəlirli müqavilələr bağlamağa çalışaraq Çinə gediblər. Tərəflərin ABŞ-İran müharibəsini və Pekin ilə Moskva arasındakı münasibətləri müzakirə etdiyi bildirilir. 


SON XƏBƏRLƏR

13 May 2026