• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Lənkəranda İran vətəndaşı zəncirvari qəza törətdi - FOTO

HADİSƏ

14 May 2026 | 09:19 | Müəllif: Qalib İbrahimoğlu

Lənkəranda İran vətəndaşı zəncirvari qəza törətdi - FOTO

Lənkəranda zəncirvari qəza baş verib.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Səhəd Dədəyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə dönmə əməliyyatı həyata keçirərkən, arxadan hərəkətdə olan İran İslam Respublikası vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük avtomobili onun nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən idarəetməni itirən “VAZ-2107” markalı avtomobil əvvəlcə Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı minik avtomobilinə, daha sonra isə yol kənarındakı dirəyə dəyib.

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü diz və burun nahiyəsindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.


Lənkəranda İran vətəndaşı zəncirvari qəza törətdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR