q
  • Bakı 18° C

    10.23 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

“Sabah” “Qarabağ”ı Avropa Liqasına göndərdi

İDMAN

14 May 2026 | 00:50

“Sabah” “Qarabağ”ı Avropa Liqasına göndərdi

“Sabah”ın Azərbaycan Kubokunun finalında “Zirə”ni udması 3 klub üçün də sərfəli olub.

Bakıvaxtı.az xəbər verir ki, “Qarabağ” çempionatda ikinci olacağı halda Avropa Liqasında mübarizə aparacaq.

Əgər “Zirə” qalib olsaydı, onlar bu turnirdə iştirak hüququ qazanacaqdı. Bu da “Qarabağ” üçün daha geniş imkanlar yaradır. Qurban Qurbanovun komandası Avropa Liqasında uduzacağı halda Konfrans Liqasında yoluna davam edə biləcək. “Turan Tovuz” isə “Sabah”ın qələbəsindən sonra Konfrans Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq. Əks-halda bu baş verməyəcəkdi. “Neftçi” isə Misli Premyer Liqasında qalan 2 oyundan birini udarsa, artıq avrokuboklara gedəcək.


SON XƏBƏRLƏR

13 May 2026