• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başladı

MƏDƏNİYYƏT

14 May 2026 | 12:34 | Müəllif: Qalib İbrahimoğlu

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başladı

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start verilib.

Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıblar. Bu musiqi bayramının əsas məqsədlərindən biri məhz mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Tədbirdə korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcəklər.


Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026