• Bakı 21° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı

DÜNYA

10 Oktyabr 2026 | 17:33 | Müəllif: Gülşən Şərif

İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı

İran ordusunun quru qoşunlarının 50-dən çox dövlət qüvvəsi və təminat birliyi ölkə sərhədlərində yerləşdirilmiş vəziyyətdə qalmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə quru qoşunlarının komandanı general Əli Cahanşahi məlumat verib.

General bildirib ki, qoşunların şimal-qərb, qərb, cənub-qərb, şərq və cənub-şərq sərhədlərinə yığılması fevralın sonunda ABŞ və İsrailin başlatdığı müharibə dövründə aktivləşib və hərbi bölmələr hələ də öz mövqelərini qoruyur.

Sərhəddə mobil briqadalar, çevik reaksiya qüvvələri, zirehli tank, artilleriya, raket və PUA bölmələri yerləşdirilib. Şəxsi heyətin və hərbi texnikanın daşınması düşmən təyyarələri və pilotsuz uçuş aparatlarının təhlükəsi altında, gecə saatlarında həyata keçirilib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyunda atəşkəs memorandumu imzalansa da, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın pozulduğunu iddia edərək zərbələri bərpa edib. Vaşinqton sanksiyalar vasitəsilə iqtisadi təzyiqlərə üstünlük versə də, oktyabrın 10-da ABŞ lideri İslam Respublikasına qarşı yeni hərbi zərbələrin yenidən istisna edilmədiyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026