• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulub

    MƏDƏNİYYƏT

    08 Iyun 2026 | 09:00 | Müəllif: Əli Hüseynov

    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulub

    5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

    Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.

    Konsert proqramı "Mənim Azərbaycanım" süitası ilə başlanıb.

    Sonra kollektivin ifasında "Qavalla rəqs", "Nağaralarla rəqs", "Toy", "Qazaxı", "Halay", "Naz eləmə", "Tərəkəmə", "Uzundərə", "Ağ çiçəyim", "Çayçı", "Bahar" və "Qaytağı" rəqslərimiz yüksək şövqlə təqdim olunub.

    Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.


    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulubTürkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulub
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Oktyabr 2026