• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Kiyevdə Azərbaycan restoranı ballistik raketlərlə vuruldu - FOTO

HADİSƏ

10 Oktyabr 2026 | 18:06 | Müəllif: Günəş Mərd

Kiyevdə Azərbaycan restoranı ballistik raketlərlə vuruldu - FOTO

Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib.

Hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Məlumata görə, dağıntıya məruz qalan restoran Azərbaycanın milli mətbəxi kimi tanınan “Desant” restoranı olub.

Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026