q
  • Bakı 17° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

“Boulevard Hotel”də adam öldürən şəxsin - Məhkəməsi

CƏMİYYƏT

14 May 2026 | 13:37

“Boulevard Hotel”də adam öldürən şəxsin - Məhkəməsi

“Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də ofisiant olan iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı Süleyman Həsənov cinayət işinin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. 

Məhkəmə qısa müşavirədən sonra məhkəmə istintaqının başladığını və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri də dəyişdirilmədən saxlanılıb. 

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyevin camaşırxanada bıçaqlanaraq öldürülüb.

Araşdırmalarla hadisənin hotelin digər ofisiantı - 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Seymur Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

13 May 2026