q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır" 

SİYASƏT

14 May 2026 | 10:32

Hikmət Hacıyev: Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır 

Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

O bildirib ki, Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir: "Biz coğrafi, tarixi, mədəni baxımdan və həmçinin taleyimiz etibarilə Qlobal Cənubun bir hissəsiyik. Çünki Azərbaycan da müstəqilliyi dövründə və ümumilikdə bütün tarixi boyunca bu çətinliklərdən keçib.

Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərini vurğulamaq istəyirəm. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir. Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər."


SON XƏBƏRLƏR

13 May 2026