q
  • Bakı 17° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Nikah pozulanda aliment hansı tarixdən hesablanır?

CƏMİYYƏT

14 May 2026 | 14:44

Nikah pozulanda aliment hansı tarixdən hesablanır?

Nikahın pozulması zamanı aliment öhdəliyinin hansı tarixdən hesablanması məsələsi vətəndaşları maraqlandıran suallardandır. Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir?

Ali Məhkəmədən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnar Cabbarova bunu hüquqi baxımdan şərh edib.

O qeyd edib ki, ilk dəfə alimentin tutulması müəyyən edildiyi halda aliment məhkəməyə hansı tarixdə iddia ərizəsi ilə müraciət edilibsə, həmin tarixdən hesablanır və tutulur.

Məsələn, vətəndaş iddia ərizəsi ilə 1 fevral 2025-ci il tarixdə müraciət edibsə, məhkəmə qətnaməsinin hansı tarixdən qəbul edilməsindən asılı olmayaraq, aliment 1 fevral 2025-ci il tarixdən tutulacaq.

Hakim bildirib ki, qanunvericiliyin tələbinə əsasən, alimentin tutulmasına dair qətnamələr dərhal icra edilir. Mahiyyət etibarilə alimentin tutulması halı uşağın mənafeyinə xidmət etməklə, sosialyönümlü xarakter daşıdığından, həmin qətnamələrdən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi onun icrasını dayandırmır. Bu hal alimentin ödənilməsinin dayanmasına səbəb olmur. Hətta şikayət əsasında alimentin təyin edilməsi barədə məhkəmə qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunarsa və ya alimentin məbləği azaldılarsa, bu hal artıq ödənilmiş aliment məbləği geri qaytarılmasına əsas vermir.

Bildirilib ki, alimenti ödəmək öhdəliyi daşıyan şəxs bu öhdəliyinin lazımi qaydada icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada inzibati və ya cinayət məsuliyyəti daşıyır. Alimentin ödənilməsi mahiyyət etibarilə məhz birgə nikahdan olan uşaqların saxlanılmasının və maddi təminatının, uşaq hüquqlarının təmin edilməsinə yönəlir. Bu baxımından istənilən halda bu kateqoriyadan işlər üzrə mübahisələrin həlli zamanı uşaqların hüquqlarının və mənafelərinin ən üstün müdafiəsi hər birimizin əsas amalı kimi çıxış edir.


SON XƏBƏRLƏR