q
  • Bakı 18° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bakıda DƏHŞƏTLİ QƏZA: "Hyundai" və "Lexus" toqquşdu - FOTO - YENİLƏNİB

HADİSƏ

14 May 2026 | 17:06

Bakıda DƏHŞƏTLİ QƏZA: Hyundai və Lexus toqquşdu - FOTO - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, mayın 14-ü saat 14:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, Həsən Əliyev küçəsindən çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".

***

15:52

Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.

Xilasedicilər tərəfindən "Lexus" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:58

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə tunelin girişində "Hyundai Santa Fe" markalı avtomobil "Lexus" markalı maşınla toqquşub.

Qəza nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur./oxu.az


SON XƏBƏRLƏR