Mayın 14-də “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə səlahiyyət müddətinin başa çatması münasibətilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İdarə Heyətinin sədri Samir Rzayevin "Facebook" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı AZAL ilə Böyük Britaniya arasında aviasiya sahəsində formalaşmış səmərəli əməkdaşlıq müzakirə edilib:
"Xüsusilə hava hərəkətinin idarə olunması sahəsində əməkdaşlıq və aviasiya təlim infrastrukturu üzrə mövcud tərəfdaşlıqlar ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, beynəlxalq hava əlaqələrinin turizmin inkişafında və iqtisadi artımda oynadığı mühüm rolu müzakirə etdik. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna 40 aviaşirkətin uçuş həyata keçirməsi Azərbaycanın artan əlaqələrinin göstəricisidir.
Fergus Aulda ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar arzulayıram".
Bakı 




