q
  • Bakı 17° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Futbol üzrə İran millisi dünya çempionatını buraxa bilər

İDMAN

15 May 2026 | 01:05

Futbol üzrə İran millisi dünya çempionatını buraxa bilər

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatının final mərhələsində iştirakının baş tutmaya biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Səbəb ABŞ vizalarının alınması prosesinin uzanmasıdır. Belə ki, komandanın heç bir üzvünə giriş icazəsi verilməyib.

Tac mövcud vəziyyətdən narahatlığını ifadə edib və yaxın günlərdə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb.

Danışıqlar zamanı o, viza məsələsinin tez bir zamanda həlli üçün aydın zəmanətlər tələb etmək niyyətindədir. Problem həll olunmazsa, İranın turnirdə iştirakı baş tutmaya bilər.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Özbəkistanla 2-2 heç-heçə etdikdən sonra 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq G qrupuna düşdü. Hər üç oyunun ABŞ-da keçirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

14 May 2026