“Anthropic” şirkətinin “Claude” adlı çat-botu istifadəçiyə 10 ildən çox müddət ərzində bloklanmış vəziyyətdə qalan bitkoin pulqabısına girişi bərpa etməyə kömək edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Hadisə ilk olaraq 2013-cü ildə baş verib. Belə ki, pulqabının sahibi parolu dəyişib, lakin qısa müddət sonra onu unudub. O, uzun illər hesaba girişi bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.
Qovluqların məzmununu təhlil edən çat-bot parol dəyişdirilməzdən əvvəl yaradılmış daha erkən fayl versiyasını müəyyən etməyə kömək edib və girişi bərpa etmək üçün ardıcıl təkliflər verib. Sonda bu təkliflər pulqabını uğurla açmağa imkan verib.
Bu prosesdə süni intellektin rolu çoxsaylı faylların təhlilində və lazımi məlumatın axtarışı üçün məntiqi strategiyanın qurulmasında olub. Məhz bu, illərlə həlledilməz kimi görünən məsələni sadələşdirməyə imkan verib.
Bu hadisə müasir süni intellekt sistemlərinin məlumatların diqqətli təhlili və ardıcıl planlaşdırma tələb olunan mürəkkəb texniki məsələlərin həllində necə kömək edə biləcəyini bir daha sübut edib.
Bakı 




