q
  • Bakı 19° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Mayın 18-i muzeylərdə "Açıq qapı" günü olacaq

CƏMİYYƏT

15 May 2026 | 15:12

Mayın 18-i muzeylərdə Açıq qapı günü olacaq

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq qapı" günü keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.


SON XƏBƏRLƏR