• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Hindistanda daşqın: Yük maşını və körpü sulara qərq oldu

 

DÜNYA

11 Avqust 2026 | 17:25

Hindistanda daşqın: Yük maşını və körpü sulara qərq oldu 

Hindistanın Uttarakxand ştatında intensiv yağışlar nəticəsində güclü daşqın baş verib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət ştatın Çamoli bölgəsində qeydə alınıb. İntensiv yağışlar səbəbindən Niti vadisindəki Tamak çayı məcrasından çıxıb.

Fəlakət zamanı bir yük maşını və körpü sel sularına qərq olub. Hadisə anı ətrafdakı şəxslər tərəfindən anbaan lentə alınıb, ərazidəki insanlar təşviş içində qaçışaraq uzaqlaşmağa çalışıblar.

Körpünün uçması nəticəsində 15-dən çox kəndlə əlaqə tamamilə kəsilib. Əraziyə təcili xilasetmə briqadaları cəlb olunub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR