ABŞ-nin İrana qarşı üç strategiyası mövcuddur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Real America’s Voice” nəşrinə müsahibəsində danışıb.
“Birincisi, indi etdiyimizi etmək - sadəcə axınla üzmək və onların işlərinin nə qədər pis getdiyini izləmək, çünki onlarda infilyasiya 300%-ə çatıb. Valyutalarının demək olar ki, heç bir dəyəri yoxdur. Əsgərlərinə maaş verə bilmirlər. Hərbçiləri ordunu tərk edir. Beləliklə, sadəcə eyni qaydada davam etmək lazımdır”, - dövlət başçısı deyib.
Trampın sözlərinə görə, İrana qarşı ikinci strategiya bu ölkəyə güclü hərbi zərbə endirməkdir.
“Üçüncüsü isə sadəcə onları iqtisadi cəhətdən məğlub etməkdir. İran iqtisadi cəhətdən xaos içindədir. Borc ala bilmirlər. Onların çoxlu pulu var idi. İndi bu pullarına biz nəzarət edirik. Onların bankiri isə mənəm”, - Ağ Ev rəhbəri əlavə edib.
Bakı 



