• Bakı 22° C

    5.14 m/s

Putin: "Ölkədən qovulanların sayı artıb"

DÜNYA

10 Sentyabr 2026 | 11:34 | Müəllif: Günəş Mərd

Putin: "Ölkədən qovulanların sayı artıb"

Rusiyada miqrasiya qaydalarının sərtləşdirilməsindən sonra qanun pozan xarici vətəndaşların ölkədən inzibati qaydada qovulmasının sayı 2,6 dəfə artıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər nazirinin birinci müavini, Xarici Vətəndaşların Qeydiyyatı və Vətəndaşlıq Xidmətinin rəhbəri Andrey Kikotla görüşündə bildirib.

Putin qeyd edib ki, artım 85 faiz təşkil edib.

Rusiya Dövlət Dumasının məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkədə xarici vətəndaşların inzibati qaydada qovulması ilə bağlı təxminən 100 min qərar qəbul edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Qeyd edək ki, Rusiya son dövrdə miqrasiya siyasətini sərtləşdirib. Avqust ayında Vladimir Putin xarici vətəndaşların ölkədən qovulmasına əsas verən inzibati hüquq pozuntularının siyahısını da genişləndirən qanunu imzalayıb.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026