• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

"Kontakt Home"a sanksiya qoyuldu

CƏMİYYƏT

11 Avqust 2026 | 17:56

Kontakt Homea sanksiya qoyuldu

"Kontakt Home" mağazalar şəbəkəsini idarə edən "ABC-Telecom" MMC-yə qarşı HOFFMANN əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar maliyyə sanksiyası tətbiq edilib.

Bakıvaxtı.az  bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkətlə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işə yenidən baxılması yekunlaşıb.

İşə Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə yenidən baxılıb.

Yekunda "ABC-Telecom"a yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu hallara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib. Bununla yanaşı, şirkətə maliyyə sanksiyası ilə üzləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR