• Bakı 23° C

    5.38 m/s

Qaxdakı qəzada xəsarət alan şəxsin SON DURUMU

CƏMİYYƏT

10 Sentyabr 2026 | 15:40 | Müəllif: Günəş Mərd

Qaxdakı qəzada xəsarət alan şəxsin SON DURUMU

Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (qadın) 10.09.2026-cı il tarixində saat 07:30 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.  

Qeyd olunub ki, ona sağ dirsək sümüyünün üçdə birinin yerdəyişmiş sınığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, Qax rayonu, Suskənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü İsmayılova İradə Nürədin qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026