• Bakı 28° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Balakəndəki qəzada ölənlərin - FOTOSU

HADİSƏ

11 Avqust 2026 | 12:08

Balakəndəki qəzada ölənlərin - FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Toyota" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Toyota"nın sürücüsü Rəşad Mütəllibov, onun anası 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"ın sürücüsü Məryəm Hoorsova hadisə yerində dünyasını dəyişiblər.

Qəza zamanı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov isə həkimlərin səyinə baxmayaraq orada vəfat edib. Bununla da qəzada ölənlərin sayı 4-ə çatıb. Hadisə nəticəsində xəsarət alan digər şəxsin — 61 yaşlı Şərif Soltanovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslərin hamısı bir ailənin üzvləridir.

Bakıvaxtı.az "Unikal"a istinadla qəzada həyatını itirənlərin fotolarını təqdim edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026