• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Özünü dənizə atan şəxs XİLAS EDİLDİ - YENİLƏNİB

HADİSƏ

11 Avqust 2026 | 20:49

Özünü dənizə atan şəxs XİLAS EDİLDİ - YENİLƏNİB

11.08.2026-cı il tarixində saat 19:30 radələrində 1998-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, ona dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq müayinələr aparılıb. 

Hazırda müalicəsi  Reanimasiya şöbəsində davam etdirilir. 

Vəziyyəti orta ağır qiymətləndirilir.

***

19:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. 

Bu barədə Bakıvaxtı.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib. 

Qeyd olunub ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Murad İsmayıl

***

19:11

Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan orta yaşlı kişi xilas edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub.

Xilasetmə əməliyyatı nəticəsində həmin şəxs sudan çıxarılıb.

Murad İsmayıl

***

19:03

Dənizkənarı Milli Park ərazisində intihara cəhd hadisəsi baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, gənc özünü dənizə atıb. Şahidlərin sözlərinə görə, həmin şəxsin əlilliyi olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda dənizə düşən şəxsin axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR