Hollivud ulduzu Bred Pitt 7 illik alkoqolsuzluqdan sonra yenidən spirtli içki qəbul etməyə başladığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 62 yaşlı aktyor “Esquire” jurnalına müsahibəsində hazırda alkoqolu daha ölçülü şəkildə qəbul etdiyini bildirib.
“Yeddi il ayıq qaldım. Sonra yenidən içməyə başladım” deyə, aktyor etiraf edib.
Bred Pitt bir neçə dəfə həddindən artıq içki içdiyini və bunun onun üçün yaxşı olmadığını anladığını söyləyib. O, artıq spirtli içkidən çox miqdarda istifadə etmədiyini vurğulayıb:
“Daha nəzarətli şəkildə içirəm. Bir neçə qədəh içə bilərəm, amma çox yox. Bu məsələdə peşəkar olmalıyam”.
Qeyd edək ki, aktyor 2016-cı ildə Ancelina Colidən ayrıldıqdan sonra alkoqoldan imtina edib və 12 addımlı dəstək proqramına qatılıb. O, sonrakı illərdə ayıqlıq mübarizəsi barədə dəfələrlə danışıb.
Pitt 2019-cu ildə verdiyi müsahibədə 12 addımlı proqramda keçirdiyi müddətin ona özünü və səhvlərini daha yaxşı anlamağa kömək etdiyini bildirmişdi. Aktyor 2020-ci ildə isə ayıq qalmasında həmkarı Bredli Kuperin də böyük dəstəyinin olduğunu söyləmişdi.
Bakı 



