• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

ABŞ helikopteri Panama gəmisini vurdu

DÜNYA

11 Avqust 2026 | 18:22

ABŞ helikopteri Panama gəmisini vurdu

ABŞ hərbçiləri İran limanlarının dəniz blokadasını yarmağa cəhd edən Panama bayraqlı gəmiyə atəş açıb.

Bakıvaxtı.az xəbər verir ki, insident Hörmüz boğazı yaxınlığında qeydə alınıb.

Məlumata görə, İran limanlarını blokadada saxlayan ABŞ ordusunun tələblərinə məhəl qoymayan Panama gəmisinə amerikan hərbi helikopteri tərəfindən atəş açılıb. Xəbərdarlıqlara məhəl qoymayan gəminin sükan mexanizmi hədəfə alınıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Hücumdan dərhal sonra gəmi heyətinin ərazidəki başqa bir mülki gəmiyə keçməyə cəhd etdiyi bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası ABŞ və İsrail gəmilərinin, həmçinin bu ölkələrlə əlaqəli yüklərin Hörmüz boğazından keçidinə qadağa qoyan qanun layihəsini təsdiqləmişdi. İran rəsmiləri Vaşinqton öz təhdidlərinə son qoymayanadək və təzminat ödəməyənədək boğazı açmayacağını bəyan ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR