• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı

HADİSƏ

11 Avqust 2026 | 16:15

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı

Bakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini evindən ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun usta kimi işlədiyi evdən qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR