• Bakı 27° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Bəşər Əsədin general qohumu da edam ediləcək

DÜNYA

11 Avqust 2026 | 15:28

Bəşər Əsədin general qohumu da edam ediləcək

Dəməşq məhkəməsi Suriya ordusunun keçmiş briqada generalı və Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Atef Nəcibə ölüm hökmü çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.  

Atef Nəcib Dəra əyalətində siyasi təhlükəsizlik şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun 2011-ci ildə başlayan vətəndaş müharibəsi zamanı əyalətdə baş verən repressiyalara və həbslərə görə məsuliyyət daşıdığı iddia edilir. O, həmçinin etirazların döyüş sursatı ilə yatırılmasında, uşaqlar da daxil olmaqla saxlanılanlara işgəncə verilməsində və Əl-Öməri məscidində baş verən qırğında iştirak etməkdə ittiham olunurdu. Nəticədə o, edam cəzasına məhkum edilib. 

Avqustun 11-də Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədi qiyabi olaraq edam cəzasına məhkum edib. Keçmiş dövlət başçısı insanlığa qarşı cinayətlərdə təqsirli bilinib. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR