Şimali Amerikada 60 ildən sonra "ətyeyən" milçək sürfəsi (miaz) epidemiyası yenidən baş qaldıraraq böyük səhiyyə krizinə çevrilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, canlı toxumalarla qidalanan parazit Meksikada 2024–2026-cı illər ərzində 500-dən çox insana yoluxub və 6 nəfərin ölümünə səbəb olub. Yoluxma sürəti 3 dəfə artaraq həftəlik 9 aparıcı fakta çatan epidemiya artıq sərhədi keçərək ABŞ-nin Texas ştatına da yayılıb.
Ölkə üzrə 36 mindən çox heyvanın yoluxduğu xəstəlik xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlar üçün daha təhlükəlidir. Tədqiqatlar göstərir ki, xəstələrin böyük əksəriyyətini kişilər təşkil edir, vəfat edənlərin orta yaşı isə 79,5-dir. Əsasən ayaq, baş, göz və ağız bölgələrindəki toxumaları zədələyən bu parazit növlərinin Panama-Kolumbiya sərhədindəki bioloji baryerin pozulması səbəbindən yenidən aktivləşdiyi bildirilir.
Mütəxəssislər kənd təsərrüfatı və səhiyyə qurumlarını təcili proaktiv tədbirlər görməyə çağırırlar.
Zeynəb Rzayeva
Bakı 



