• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir

HADİSƏ

11 Avqust 2026 | 10:16 | Müəllif: Əli Hüseynov

Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir

“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkir. Bu səbəbdən sürücülər ilk başda radarları görə bilmirlər və ərazidən sürətlə keçirlər.

Sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etmələri tələb olunub və sürət həddinə diqqət etmələri tövsiyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026