• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI

HADİSƏ

09 Sentyabr 2026 | 12:14 | Müəllif: Əli Hüseynov

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI

"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-a daxil olan məlumata əsasən, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.

Məlumata görə, Bakıdan Şəki şəhərinə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov qurğudan istifadə edərkən trosun və qurğunun digər hissələrinin texniki vəziyyəti yoxlanılmayıb. Onlar qurğuda hərəkətdə olarkən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxdığı bildirilir.

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO

Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verib. İlkin məlumatda kanat yolunun trosunun qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək öldüyü bildirilmişdi. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026