İspaniya hakimiyyəti Kolumbiyada baş verən güclü zəlzələdən sonra krallığın 160-dan çox vətəndaşı ilə əlaqə yarada bilmir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Xose Manuel Albares jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda 164 ispanın harada olduğu məlum deyil, çünki onlarla əlaqə qurmaq mümkün olmayıb", - deyə XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 132 nəfər həlak olub.
Zeynəb Rzayeva
Bakı 



