• Bakı 27° C

    9.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

CƏMİYYƏT

11 Avqust 2026 | 12:58

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır.

Bakıvaxtı.az xəbər verir ki, son il yarım ərzində Komitənin hazırladığı 115 milli standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənib və  təsdiq edilmiş milli standartların sayı 170-i ötüb.

Bu standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanır.

Məqsəd iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026