• Bakı 28° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Livan-İsrail danışıqları ilə bağlı VACİB XƏBƏR

DÜNYA

10 Avqust 2026 | 23:20

Livan-İsrail danışıqları ilə bağlı VACİB XƏBƏR

ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətlərinin danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Yaxın gələcəkdə danışıqlar gözlənilmir. Əgər danışıqların yeni raundu baş tutarsa, bu, çox güman ki, yaydan sonra olacaq", - mənbə qeyd edib.

O həmçinin hazırkı mərhələdə ölkələr arasında birbaşa danışıqların keçirilməsi imkanını istisna edib.

Avqustun 4-6-da Romada keçirilən 7-ci məsləhətləşmələr raundu barədə danışan mənbə bildirib ki, Amerika və İsrail tərəfləri artıq razılaşdırılmış iki rayonda irəliləyiş əldə edilənə qədər Livanın "pilot zona"larını genişləndirmək təklifindən imtina ediblər. Bundan əlavə, o bildirib ki, onlar Livan tərəfindən Livanın cənubundakı Nəbatiyyə rayonundakı Əli-ət-Tahir yüksəkliklərindən "Hizbullah" hərəkatı qüvvələrinin çıxarılmasını tələb ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026