• Bakı 28° C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

 ABŞ hərbi təyyarəsi qəzaya uğradı

DÜNYA

10 Avqust 2026 | 23:32

 ABŞ hərbi təyyarəsi qəzaya uğradı

ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə Cibutinin Şabelley aerodromu yaxınlığında qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Hadisə avqustun 9-da qeydə alınıb. İnsident nəticəsində xəsarət alan olmayıb və hər hansı mülki əmlaka ziyan dəyməyib. Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə kənar müdaxilə amili səbəb olmayıb. 

Qeyd edək ki, Cibutidə ABŞ-nin “Kemp-Lemonyer” (Camp Lemonnier) hərbi bazası yerləşir. Birləşmiş Ştatlar bu bazadan Afrika və Yaxın Şərqdə keçirilən hərbi əməliyyatların idarə olunmasında istifadə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026