• Bakı 28° C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Rusiya Zaporojyeni vurdu - 6 ölü, 52 yaralı - YENİLƏNİB

DÜNYA

11 Avqust 2026 | 08:54

Rusiya Zaporojyeni vurdu - 6 ölü, 52 yaralı - YENİLƏNİB

Rusiyanın Zaporojye vilayətinə  irimiqyaslı zərbələri nəticəsində 6 nəfər həlak olub, 52 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Zaporojye vilayəti tammiqyaslı müdaxilənin başlanmasından bəri ən ağır sutkalardan birini yaşayıb.

***

08:43

Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında yayıb.

Onun məlumatına əsasən, Rusiya ordusu şəhərin sənaye obyektlərinə və infrastruktur qurğularına zərbələr endirib.

Bildirilib ki, hücum nəticəsində bir sıra tikililər zədələnib.

Tibb işçiləri bütün zərərçəkənləri tam həcmdə zəruri yardımla təmin edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026