• Bakı 30° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Lalə Şövkətin səhhəti necədir? 

CƏMİYYƏT

10 Avqust 2026 | 22:00

Lalə Şövkətin səhhəti necədir? 

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.

O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:

"Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik".

Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026