Filippində Luis və Maimai tropik siklonlarının yaratdığı güclü yağışlar və cənub-qərb mussonunun güclənməsi nəticəsində azı 19 nəfər ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Hazırda 4 nəfərin taleyi məlum deyil, 15 sakinin isə xəsarət aldığı bildirilir.
Məlumata görə, kəskin hava şəraiti ölkənin 10 bölgəsində 2,27 milyondan çox insana təsir göstərib. Təxminən 95 min nəfər təxliyə mərkəzlərinə yerləşdirilib.
Bakı 



