• Bakı 28° C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

“Sabah” üçün həlledici gün

İDMAN

11 Avqust 2026 | 08:48

“Sabah” üçün həlledici gün

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.

Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu “Orhus”la qarşılaşacaq.

Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “Orhus” 2:1 hesablı qələbə qazanıb.

Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Bu cütün qalibi pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.

Məğlub tərəf isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

20:00. “Sabah” (Azərbaycan) – “Orhus” (Danimarka)

İlk oyun - 1:2

Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier

“Bank Respublika Arena”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026