Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Belə ki, meyiti tapılan iki nəfərin qohum olduqları və bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir.
1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun "İbadi" deyilən meşəlik ərazidə tapılıb.
Hazırda onların ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı 



