Transfer üçün “Rangers” ilə danışıqlar aparan və rəsmi olaraq 22 milyon funt sterlinq (25 milyon avro) təklif edən “Qalatasaray”, Yusif Çermitinin “Hibernian”la matçda ön çarpaz bağının (ACL) qırıldığını öyrənib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Rangers”dən verilən açıqlamada deyilir.
Məlumata görə, tibbi müayinədən sonra hücumçu Yusif Çermiti bazar günü “Hibernian”la matçda ön çarpaz bağından (ACL) zədə alıb:
“Yusif uzun müddət sıradan çıxacaq".
Qeyd olunur ki, Yusuf Çermiti ACL zədəsi səbəbindən 2026-2027 mövsümünü buraxacaq.
Murad Məmmədli
Bakı 



