Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Macarıstan Ali Məhkəməsinin keçmiş baş hakimi Andraş Baka ölkənin yeni prezidenti olub.
Qeyd edək ki, Andras Baka daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi fəaliyyət göstərib. O, 2009-cu ildə Macarıstan Ali Məhkəməsinin sədri seçilib. Baka Viktor Orban hökumətinin məhkəmə sistemində həyata keçirdiyi dəyişiklikləri açıq şəkildə tənqid etdikdən sonra 2012-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.
Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi Bakanın vəzifədən uzaqlaşdırılması zamanı onun ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğu qənaətinə gəlib.
Macarıstanda prezident postu əsasən simvolik xarakter daşıyır. Dövlət başçısının qanunlara veto qoymaq və ya onları yenidən baxılması üçün aidiyyəti qurumlara göndərmək imkanları olsa da, səlahiyyətləri məhduddur.
Nərgiz Məmmədli
Bakı 



