Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində fəhlələri daşıyan pikapın aşması nəticəsində azı 15 nəfər ölüb və 32 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyiə istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Hazırda yaralananların sayı barədə məlumatların yoxlanılması və onların sağlamlıq vəziyyətinin izlənilməsi üzrə işlər davam etdirilir.
Nazirliyin böhran və təcili hallar üzrə əməliyyat qərargahı yerli səhiyyə orqanları ilə koordinasiyalı şəkildə hadisələrin gedişatını izləyir.
Bakı 



