q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub

SİYASƏT

17 Aprel 2026 | 13:27

Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub

Bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgədə sabitliyi təmin etdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb.

Hikmət Hacıyev Azərbaycanın öz müstəqilliyini qoruyub və sülhü geri gətirdiyini deyib:

"Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgədə sabitliyi təmin etdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".


SON XƏBƏRLƏR