q
  • Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Ermənistanın yeni konstitusiyası nə vaxt açıqlanacaq?

DÜNYA

18 Aprel 2026 | 14:44

Ermənistanın yeni konstitusiyası nə vaxt açıqlanacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyasının mətninin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra dərc olunma ehtimalını istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən konstitusiya layihəsi ilə tanış olduğunu və sənəd üzərində müəyyən iş apardığını bildirib.

Nikol Paşinyan qeyd edib ki, konstitusiyanın dərcinin tərəfdarıdır, lakin siyasi və hökumət komandaları daxilində dövlət idarəçiliyi sistemi ilə bağlı bir sıra fundamental məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır.

Baş nazir vurğulayıb ki, bu mübahisələr həll olunmadan sənədin dərc edilməsini məqsədəuyğun hesab etmir:

"Seçkilərə qədər problemlərin aradan qaldırılması və layihənin təqdim olunması üçün səylər davam etdirilir. Vaxt çatmadığı halda konstitusiyanın dərc edilməsi seçkilərdən sonraya qala bilər".


SON XƏBƏRLƏR

17 Aprel 2026