• Bakı 16° C

    2.64 m/s

Elçin Yusubov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

CƏMİYYƏT

24 Oktyabr 2026 | 14:21 | Müəllif: Subhan Mahmudov

Elçin Yusubov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparıb. Yoxlama zamanı bir sıra maliyyə pozuntuları, o cümlədən kənar xərclər və digər problemlər üzə çıxıb.

Bununla bağlı toplanmış materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi bildirilir.

Məlumata görə, məsələ ilə əlaqədar Elçin Yusubov da həmin idarəyə çağırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026