• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Düzgün qidalansanız da, FAYDASI YOXDUR..." - Həkimdən ÇAĞIRIŞ

CƏMİYYƏT

09 Sentyabr 2026 | 15:29 | Müəllif: Zeynəb Rzayeva

"Düzgün qidalansanız da, FAYDASI YOXDUR..." - Həkimdən ÇAĞIRIŞ

“Fiziki aktivlik olmadan düzgün qidalanma sümük sağlamlığı üçün kifayət etmir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.   

Mütəxəssis bildirib ki, uşaqların sağlam böyüməsi və sümük sisteminin düzgün inkişafı üçün həm fiziki aktivlik, həm də sağlam və balanslı qidalanma vacibdir.

Onun sözlərinə görə, uşaqların qida rasionunda sümük inkişafı üçün əhəmiyyətli olan mineral maddələrlə zəngin məhsullara üstünlük verilməlidir.

"Xüsusilə kalsium, maqnezium və zülalla zəngin qidaların qəbulu vacibdir. Fiziki aktiv olmayan bir insanın sümüyünə nə qədər düzgün qidalanma versəniz də, bu qidaların sümüyə çatması və onun sağlamlığının təmin olunması baxımından fiziki aktivlik çox önəmlidir”, - deyə İ.Şıxbabayev vurğulayıb.

Travmatoloq qeyd edib ki, müntəzəm fiziki aktivlik sümük sıxlığının artmasına və sümük sisteminin möhkəmlənməsinə kömək edir. Buna görə uşaqlarda sağlam qidalanma ilə yanaşı, yaşa uyğun fiziki fəaliyyət də gündəlik həyatın bir hissəsi olmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026