• Bakı 29° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

HADİSƏ

12 Avqust 2026 | 13:58

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

    Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

    Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Avqust 2026