Bakı Qızlar Universitetində təhsil alan tələbələrin Odlar Yurdu Universiteti və Azərbaycan Universitetinə köçürülməsi ilə bağlı qərar qəbul edilib.
Bu barədə Bakıvaxtı-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olub ki, hazırda tələbələrin köçürülməsi prosesinin tamamlanması istiqamətində müvafiq işlər davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə Bakı Qızlar Universiteti bağlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, universitetdə təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi üçün onlar digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürüləcək.
Günəş Mərd
















