• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin QANI YERDƏ QALMADI

HADİSƏ

03 Avqust 2022 | 17:15

Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin QANI YERDƏ QALMADI

Azərbaycan Ordusunun bu gün keçirdiyi antiterror əməliyyatında qanunsuz erməni silahlı dəstələri itkilər verib.

Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, artıq separatçı rejim əməliyyat nəticəsində itkilərini açıqlamağa başlayıb.

Belə ki, erməni mənbələrinin yaydığı məlumatda qeyd olunur ki, 4 separatçı ölüb, 15-i yaralanıb.  

***

Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 silahlının məhv edildiyi, azı 8 silahlı dəstə üzvünün isə yaralandığı bildirilir.

Bakıvaxtı.az bu barədə Ermənistan KİV-nə istinadən məlumat verir.

Məlumata görə, antiterror əməliyyatı Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlayıb.

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR