• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

“Berdzor” yazılan lövhəni sındıranlar niyə həbs ediliblər? - Polisdən AÇIQLAMA

HADİSƏ

02 Sentyabr 2022 | 15:39

“Berdzor” yazılan lövhəni sındıranlar niyə həbs ediliblər? - Polisdən AÇIQLAMA

Laçında erməni dilində “Berdzor” yazılan lövhəni sındıran şəxslərin həbsinin səbəbi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Laçın rayonu ərazisində vətəndaşın lövhəni sındırmasına görə həbs edilməsi ilə bağlı iddialar yalandır: 

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqları üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var. 

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR