q
  • Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Zülfüqarov: Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğala son qoydu

SİYASƏT

12 May 2026 | 15:16

Zülfüqarov: Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğala son qoydu

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğala son qoydu.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

T. Zülfüqarov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq təşkilatlardan münaqişənin həlli ilə bağlı ciddi dəstək gözləyirdi:

“Azərbaycan ATƏT-ə müraciət etmişdi və vasitəçilik istəyirdi. Məqsəd ondan ibarət idi ki, beynəlxalq təşkilatlar öz prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək versinlər. Lakin sonrakı proseslər göstərdi ki, bu qurumlar daha çox konfliktin idarə olunmasına xidmət edir”.

Siyasi şərhçi qeyd edib ki, illər ərzində işğal faktına baxmayaraq Ermənistana qarşı real təzyiq göstərilməyib:

“Ərazilərimizdə etnik təmizləmə, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər baş versə də, işğalçı tərəfə qarşı ciddi sanksiyalar tətbiq olunmadı. Əksinə, müxtəlif siyasi və maliyyə dəstəkləri ilə bu işğalın davam etməsinə şərait yaradılırdı”.

Sabiq nazir vurğulayıb ki, vəziyyət yalnız Azərbaycanın güclü siyasi iradəsi nəticəsində dəyişib:

“2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdi və işğala son qoydu. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan öz suverenliyini təmin etdi”.

O əlavə edib ki, həmin dövrdə Azərbaycana qarşı beynəlxalq təzyiqlər də olub:

“Bəzi dövlətlər, xüsusilə Fransa məsələni BMT Təhlükəsizlik Şurasına çıxararaq Azərbaycana təzyiq göstərməyə çalışırdı. Amma Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilmədi və nəticədə ölkənin suverenliyi tam bərpa olundu”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR